Kənd təsərrüfatı heyvanlarının identifikasiyası heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi məqsədini daşıyır.

"Unikal" xəbər verir ki, heyvanların identifikasiyası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirilir.

Heyvanların identifikasiyası:
Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası;
Sağlamlıq və xəstəliklərə nəzarət;
Qida təhlükəsizliyi;
Kənd təsərrüfatı və heyvandarlığın inkişafı;
“Fermadan – süfrəyə” qədər izlənilməsinə;
İtirilmiş və oğurlanmış heyvanların tapılması məqsədlərinə xidmət edir.

Bununla yanaşı heyvanların identifikasiyası və qeydiyyatı baytarlıq nəzarətini gücləndirir, heyvanların sağlamlığı və rifahının qorunmasını təmin edir, qida təhlükəsizliyinin, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, hüquqi və iqtisadi məsuliyyəti dəqiqləşdirir, təsərrüfatların inkişafı və dövlət dəstəyi üçün imkanlar yaradır.

Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatlar AQTİS-ə daxil edilir. Dövlət Proqramında qeyd olunan tədbirin nəticəsi olaraq heyvanların sağlamlığının və heyvan mənşəli məhsulların izlənilməsinin təmin olunması nəzərdə tutulur. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.

Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. 

Sahibkarlar qeydiyyatdan keçmək üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə bilərlər:

📧 info.qti@afsa.gov.az
📧 hiqs@afsa.gov.az
📞 1003 – Çağrı Mərkəzi                                                             Daha ətraflı məlumat üçün link: https://www.youtube.com/watch?v=PMwlTosUNjE