Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “S.Rəhman küçəsi 53A” ünvanı üzrə ərazi partiya təşkilatında Prezident, partiyanın Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında müəyyənləşdirdiyi məqsəd və vəzifələrə həsr olunmuş görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması və daha da inkişaf etdirilməsi, dövlət siyasətinin əsas istiqamətlərinin təbliği, milli həmrəyliyin gücləndirilməsi və cəmiyyətin dövlətçilik ideyaları ətrafında birləşdirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin müasir informasiya mühitində informasiya təhlükəsizliyinin təmin olunmasının, həqiqətə uyğun məlumatların yayılmasının və milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasının əhəmiyyətinə diqqət çəkib.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev VIII Qurultayda irəli sürülən çağırışların gündəlik fəaliyyətdə tətbiqi, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və ictimai təşəbbüslərin dəstəklənməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüb.
Müzakirələr zamanı qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində partiya üzvlərinin fəal mövqeyinin, ictimai-siyasi proseslərdə iştirakının və dövlətçilik prinsiplərinin təşviqinə töhfə verməsinin mühüm əhəmiyyəti xüsusi qeyd olunub.





.jpg)
.jpeg)



























.jpg)

.jpg)





.jpeg)










