Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Humanitar və sosial elmlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Sənubər Cabbarovanın elmi məqaləsi beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edən nüfuzlu jurnalda dərc olunub.
"Unikal" xəbər verir ki, “Defence of the Azerbaijani State Borders against Armenian Aggression and Bolshevik Invasion in 1918–1920” (“1918–1920-ci illərdə Azərbaycan dövlət sərhədlərinin erməni təcavüzünə və bolşevik işğalına qarşı müdafiəsi”) adlı məqalə 2026-cı ilin oktyabr ayında Scopus və Web of Science bazalarında indekslənən “Eminak” jurnalının 3-cü sayında nəşr edilib.
Məqalədə 1918–1920-ci illərdə Azərbaycanın dövlət sərhədlərinin müdafiəsi, erməni təcavüzü və bolşevik müdaxiləsi fonunda dövrün hərbi-siyasi prosesləri tarixi aspektdən araşdırılır.
Məqalənin hər iki beynəlxalq elmi indeksləmə bazasında təmsil olunan jurnalda dərc edilməsi Azərbaycan tarixinin aktual məsələlərinin beynəlxalq elmi müstəvidə araşdırılması və dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir.
ATMU-da elmi fəaliyyətin təşviqi, tədqiqat nəticələrinin beynəlxalq elmi ictimaiyyətə təqdim olunması və əməkdaşların elmi nəşrlərinin dəstəklənməsi istiqamətində görülən işlər bu cür uğurların əldə edilməsinə töhfə verir




















_1766155543.jpeg)











.jpg)












