Amerikalıların 56%-i həyatlarının Trampın dövründə daha da pisləşdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. 

Aparılan sorğuya görə, ABŞ seçicilərinin 69%-i Tramp administrasiyasında korrupsiya və maraqların toqquşmasından narahatdır. 2024-cü ildə ona səs verənlər arasında bu rəqəm təxminən yarıya bərabərdir.

Respondentlərin dörddə birindən çoxu hətta qida və səhiyyə xərclərinə qənaət etməli olub. Əlli dörd faizi yüksək qiymətlərə görə Trampı və Respublikaçıları günahlandırır, 40%-dən çoxu isə artan yaşayış xərcləri səbəbindən Demokratlara səs verməyə daha çox meylli olduqlarını bildirib.

Bu fonda Tramp ailəsi kriptovalyuta layihələrindən ən azı 1 milyard dollar qazanıb və onlarla əlaqəli bəzi korporativ donorlar administrasiyanın qərarlarından və ya hökumət müqavilələrindən faydalanıblar.