Bazar günü gecəsi Almaniyanın cənubundakı Adolf Hitlerin nasist rejimi dövründə istifadə etdiyi "Eagle's Nest" dağ kurortunda yenidən yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Bavariya polisi məlumat yayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürməyi bacarıblar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yenidən alovlanma əsas yanğın söndürüldükdən sonra qalan közlərin tüstülənməsindən qaynaqlana bilər.

Cümə axşamı tarixi binada böyük yanğın baş verib. Polis 33 yaşlı Almaniya vətəndaşını qəsdən binanı yandırmaqda şübhəli bilinərək həbs edib. Prokurorların sözlərinə görə, ilkin psixiatrik qiymətləndirməyə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir.