Fransada nüvə sualtı qayıqları və qırıcı təyyarələr üçün istifadə edilən hafnium oğurlanıb.

"Unikal" xəbər verir ki, oğrular bir neçə dəqiqə ərzində yüz kiloqram strateji metalı ələ keçiriblər.

Hafnium aviasiya, kosmik texnologiya və nüvə reaktorlarında istifadə olunur. "Jarry" zavodu ölkədə onun təmizlənməsi üçün yeganə ixtisaslaşmış müəssisədir. Milyonlarla avro dəyərində olan oğurlanmış yük Fransa müdafiə sənayesi üçün təchizat problemlərinə səbəb ola bilər.

Bu, 2019-cu ildən bəri Framatome müəssisələrində qiymətli materialların altıncı oğurlanması və ya yoxa çıxmasıdır. Avqust ayında eyni zavodun növbə rəisi evində 150 ​​kq hafnium və yarım milyon avro nağd pul tapıldıqdan sonra nəzarətə alınıb.