Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İmişli və Sabirabad rayonlarında fəaliyyət göstərən istehsal müəssisələrinə baş çəkib.
"Unikal" xəbər verir ki, agentlik sədri İmişlidə yerləşən “Azərbaycan Şəkər İstehsalat Birliyi”ndə istehsal prosesi ilə tanış olub. Bildirilib ki, müəssisədə şəkər tozu, kəllə qənd və parça qənd istehsalı həyata keçirilir.
Səfər çərçivəsində həmçinin Sabirabad Sənaye Məhəlləsində yerləşən “Humix” MMC-nin fəaliyyəti ilə də tanışlıq olub. Müəssisə bitki mühafizə vasitələri, aqrokimyəvi maddələr və gübrə istehsalı üzrə ixtisaslaşan yerli şirkətdir.
Daha sonra Q.Təhməzli sənaye məhəlləsində "Mr.Bee" adı ilə bal və arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olan fermerin müəssisəsinə baş çəkib, burada görülən işlərlə maraqlanıb.
İstehsal müəssisələrində qida təhlükəsizliyi tələblərinə riayət olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət, eləcə də laboratoriya müayinələrinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib.










.jpg)

.jpeg)












.jpg)

























