Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu (Cristiano Ronaldo) "Əl-Nəsr" klubunun səhmlərinin bir hissəsini əldə edə bilər.
"Unikal" fanat-a istinadən xəbər verir ki, informasiyanı "FootballTransfers" yayıb.
Mənbənin məlumatına görə, "Milan" klubunun sahibi olan "RedBird Capital Partners" şirkəti Səudiyyə Ərəbistanı təmsilçisini satın almaq üçün danışıqlar aparır. Bu prosesdə Ronaldu da iştirak edə bilər.
Məlumata əsasən, "RedBird Capital Partners" Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ilə "Əl-Nəsr"in 70 faiz səhminin alınması barədə ən azı iki görüş keçirib. Danışıqların ilkin mərhələdə olduğu bildirilir.
Razılaşma baş tutarsa, Ronaldunun klubun 20 faiz səhminə sahib olması gözlənilir. Beləliklə, portuqaliyalı ulduz futbolçu karyerasını davam etdirdiyi klubun ortaq sahibi ola bilər.
Qeyd edək ki, "RedBird Capital Partners" "Milan" və Fransanın "Tuluza" (Toulouse) klublarının sahibidir.










.jpg)










.jpg)












.webp)













