Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) təşəbbüsünə dair strateji əməkdaşlıq üzrə çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsinə müsbət rəy verilib.

"Unikal" xəbər verir ki, layihə Ermənistan Respublikası parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında müsbət rəy alıb. 

Məsələ parlamentin gələn həftə başlayacaq növbəti plenar iclasında da müzakirə olunacaq.