Oktyabrın 21-də Vətən müharibəsi şəhidləri İbadov Aqşin Nazim oğlunun, Şıxəlizadə Emil Şahin oğlunun və Hüseynli Etiram Həsən oğlunun anım günüdür.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivivə ictimaiyyət nümayəndələri şəhidlərin Boladı kənd, Gərmətük qəsəbə və “Kiçik Bazar” qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.
Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





.jpg)











.jpg)












.webp)

















