İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ administrasiyası ilə dialoqda "başladığı işi bitirmək" üçün İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasında israr edir, lakin Prezident Donald Tramp Konqres seçkilərindən əvvəl yeni zərbələrin endirilməsinə qarşıdır.
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, oktyabrın əvvəlində İsrail hökumətinin başçısı ölkənin Hərbi Hava Qüvvələrinə İran ərazisinə genişmiqyaslı zərbələr endirməyi əmr edib
"Ordu hücuma hazır idi. Lakin ABŞ prezidenti Donald Tramp İsrailin bu cür hərəkətlərinə qarşı çıxdı və bundan sonra Netanyahu ölkənin Hərbi Hava Qüvvələrinə zərbə hazırlıqlarını ləğv etmək barədə təlimat verdi", - FT yazıb.
Qeyd edildiyi kimi, Tramp İsrail tərəfinə Vaşinqtonun 3 noyabrda ABŞ Konqresinə ara seçkilərə qədər münaqişənin şiddətlənməsi istiqamətində heç bir addım atmayacağını çatdırıb.










.webp)
































