"2019-cu ildən bu yana Azərbaycanda beş sosial zərf qəbul olunub ki, bunların ümumi illik dəyəri əlavə 8 milyard manat büdcə vəsaiti təşkil edir, 4 milyondan çox vətəndaşımız bu zərflərdən hər il faydalanır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.
"Gələn il Azərbaycanda artıq altıncı sosial zərfi qəbul edəcəyik. Gələn il Azərbaycanda minimum əməkhaqları, minimum pensiyalar, pensiyaların sığorta hissəsi, digər müavinət və təqaüdlər də artırılacaq. Bu bir daha Azərbaycan dövlətinin sosialyönümlü dövlət olduğunu göstərir", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev









.webp)


































