38 yaşlı almaniyalı milyarder Devid Reger fabriklərdə işləyə, yeni tapşırıqlar öyrənə və bacarıqları paylaşa bilən humanoid robotlar imperiyası qurur.
"Unikal" verir ki, onun şirkəti olan "Neura Robotics", "Nvidia", "Amazon" və "Tether" də daxil olmaqla investorlardan 1,4 milyard dollara qədər vəsait toplaya bilib və "Forbes"ə görə, sahibkarın özü artıq növbəti robot milyarderi adlandırıla bilər.
Startap 2019-cu ildə Almaniyanın Metzingen şəhərində - sənaye nəhəngləri "Mercedes-Benz", "Porsche" və "Bosch"un doğulduğu yerdə təsis edilib. Reger "Neura"nı "fiziki süni intellekt alması"na çevirmək istəyir: şirkət təkcə robotlar deyil, həm də onları idarə etmək üçün proqram təminatı hazırlayır.
Son maliyyələşdirmə mərhələsindən sonra "Neura"nın dəyəri təxminən 7 milyard dollara çatıb. Reger şirkətin təxminən 20%-nə sahibdir və payı təxminən 1,5 milyard dollar dəyərindədir.




.png)












































