Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında bitkiçilik məhsullarının istehsalının dəyəri 182,7 milyon manat təşkil edib.

Bu barədə "Unikal"a Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən illə müqayisədə 9 % çoxdur.

Oktyabrın 1-nə olan məlumata əsasən, Naxçıvanda 46,2 min ton dənli və dənli paxlalı bitkilər, 30 min ton kartof, 30,1 min ton meyvə və giləmeyvə, 7,1 min ton üzüm, 5,6 min ton bostan məhsulları istehsal olunub.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kartof istehsalı 42 %, bostan məhsulları istehsalı 40,8 %, dənli və dənli paxlalı bitkilər istehsalı 21,6 %, tütün istehsalı isə 2,2 dəfə artıb.