Xəbər verdiyimiz kimi, İstanbulun Üsküdar rayonunun bələdiyyə sədrinin müavini Dündar Ziya Gültekin ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, həm də Üsküdar bələdiyyə başqanı vəzifəsini icra edən Ziya Gültekin bu gün cənazə namazı ilə torpağa tapşırılıb. Dəfn mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Cənazə namazından sonra Ərdoğan emosional çıxış edib. Türkiyə lideri bildirib ki: "Hamımız bir olacağıq, güclü olacağıq, sağ olacağıq, amma bilməliyik ki, bu, hamımızın sonudur... Bu yol hamımızın taleyindədir. Gəlin hamımız bu taleyüklü səyahətə hər an hazır olaq".

Gülayə Mecid