Ələt qəsəbəsində Vətən Müharibəsi şəhidi Əhmədov Cavanşir Xeyrulla oğlunun altıncı ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
"Unikal" Şəhidin anım mərasimində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Rayon İcra Hakimiyyəti aparatının vəzifəli şəxsləri və şəhid ailələri iştirak etmişdir.
Qonaqlar öncə şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarı üzərinə gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar. Şəhid ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Daha sonra RİH başçısı Natiq Əliyev tərəfindən Ələt qəsəbəsində yerləşən parkda inşa edilmiş Şəhidlər abidəsi ziyarət olunmuş, abidənin önünə gül dəstələri düzülmüşdür. Şəhidlərin abidəsi inşa edilmiş parkın ərazisi ilə tanış olunmuş və daha da abadlaşdırılması üçün müvafiq tapşırıqlar verilib.











.jpeg)






.jpg)







.jpeg)


.jpg)
.jpeg)




















