İrana zərbələr bərpa olunarsa, ABŞ arsenalındakı ən güclü qeyri-nüvə bombasından, "bütün bombaların anası"ndan istifadə edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ hərbi rəsmilərinə istinadən məlumat yayıb.
Kanalın veb saytı yazıb ki, "ABŞ ordusu, Prezident Donald Trampın ara seçkilərdən əvvəl və ya sonra hərbi əməliyyatların bərpası əmri verəcəyi təqdirdə, İranın enerji infrastrukturunu və nüvə obyektlərini hədəf almaq üçün "bütün bombaların anası" adlandırılan bombanın mümkün istifadəsini əhatə edən yeni hücum planları hazırlayıb".
Qeyd olunur ki, sözügedən bomba ABŞ hərbi arsenalındakı ən böyük qeyri-nüvə bombası olan GBU-43/B MOAB-dır. GBU-43/B MOAB (Massive Ordnance Air Blast) — ABŞ ordusunun sahib olduğu ən güclü qeyri-nükleer (konvensional) bombalardan biridir və xalq arasında "Bütün Bombaların Anası" ("Mother of All Bombs") kimi tanınır.
Gülayə Mecid

















































