"ABŞ və İsraillə müharibə zamanı İran Silahlı Qüvvələrinin gücü və ölkənin potensialı əhəmiyyətli dərəcədə artıb".

"Unikal" xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib. 

O, televiziyada yayımlanan müraciətində bildirib ki, "ABŞ-yə və dünyaya məqsədlərinə çatmayacaqlarını başa salmaq üçün kifayət qədər güclü olmalıyıq. İranın atəş gücü, hava hücumundan müdafiə imkanları və hücum potensialı təcavüzkar müharibəsi zamanı əhəmiyyətli dərəcədə artıb. Vəziyyət tələb etdikdə bütün gücümüzlə vuruşmalıyıq". 

Qalibafın sözlərinə görə, müharibə, danışıqlar və təcrid dövründə İran o qədər güclü olacaq ki, rəqibləri ona hücum etməyi ağlına belə gətirməyəcəklər.

Gülayə Mecid