Dövlət Sosial Müdafiə Fondunun Aparatının iki departamentinin adı dəyişdirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Strateji planlaşdırma və investisiyalar departamentinin adı Strateji planlaşdırma və təhlil departamenti, Hüquq departamenti isə Hüquq və daxili nəzarət departamenti olub.
Qeyd edək ki, Strateji planlaşdırma və təhlil departamentinin müdiri Amin Abdullayev, Hüquq və daxili nəzarət departamentinin müdiri isə Ülviyyə Musayevadır. Onların hər ikisi 2025-ci ildə departament müdiri təyin ediliblər.
Anar Kəlbiyev












.jpeg)






































