Çinli hakerlər internetə qoşulmuş cihazlardakı zəiflikləri tapmaq və istismar etmək üçün süni intellektdən getdikcə daha çox istifadə edirlər.

"Unikal" xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius "X"  sosial şəbəkəsində yazıb. 

"Süni intellekt hakerlərə zəiflikləri daha tez tapmağa və istismar etməyə imkan verir. Çin hakerləri də bundan istifadə edirlər. AIVD (Niderland Baş Kəşfiyyat və Təhlükəsizlik Xidməti) və MIVD (Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti) bu barədə yenidən xəbərdarlıq edir. Onların məsləhətləri sayəsində Niderland vətəndaşları və müəssisələri özlərini bundan daha yaxşı qoruya bilərlər", - o, qeyd edib. 

Niderland Müdafiə Nazirliyinin məlumatına görə, kəşfiyyat xidmətləri Çin hakerlərinin kiberhücumlarının sayında əhəmiyyətli dərəcədə artım gözləyir.

Kəşfiyyat orqanlarının məlumatına görə, hakerlər şəbəkənin kənarındakı cihazları, o cümlədən firewall, VPN şlüzləri və portalları hədəf alırlar.

Gülayə Mecid