Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.

“Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən “Liparis 5” yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, Sezen Taş hələlik məlum olmayan səbəbdən binanın 14-cü mərtəbəsindən yıxılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun öldüyünü müəyyən edib.

Meyit məhkəmə-tibbi ekspertizanın aparılması üçün morqa yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.