Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir.
"Unikal" xəbər verir ki, çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır.
Qida məhsullarından nümunələr götürülərək laborator müayinələr aparılır, iaşə obyektlərinin əməkdaşlarına profilaktik tövsiyələr verilir.
AQTA ölkəmizdə keçirilən bütün kütləvi tədbirlərdə qida təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.



_1766497101.jpeg)















































.jpg)

.jpg)

