ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası 3 noyabrda keçiriləcək aralıq konqres seçkiləri də daxil olmaqla, qarşıdakı həftələrdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası variantlarını müzakirə ediblər.
"Unikal" NBC-yə istinadən xəbər verir ki, ötən həftə Kemp Deviddə keçirilən görüşdə administrasiya rəsmiləri ABŞ-nin İran və Yəmən husilərinə qarşı strategiyasını müzakirə ediblər. Görüşdən sonra ABŞ hərbi rəsmiləri Tramp üçün yeni əməliyyat variantları hazırlayıblar, lakin hələlik yekun qərarlar qəbul edilməyib.
Ağ Evin sözçüsü televiziya kanalına bildirib ki, "Vəziyyət iki yolla gedə bilər: asan və ya çətin. Prezident Tramp bütün kartları əlində saxlayır və o, ABŞ-nin maraqlarına xidmət edən hər şeyi edəcək".
Kanal qeyd edir ki, genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasının vaxtı qeyri-müəyyən olaraq qalır. NBC əlavə edib ki, bu arada Tramp ABŞ-nin bəzi əsas silahlarının tükənməsini nəzərdən keçirmək məcburiyyətində qalır ki, bu da onun narazılığına səbəb olur.
Xatırladaq ki, bundan əvəvl "Atlantic" iki Amerika mənbəsinə istinadən xəbər verib ki, Ağ Ev Pentaqona ABŞ-də keçiriləcək ara seçkilərdən əvvəl İrana zərbələr endirmək üçün variantların hazırlanmasını tapşırıb.
Gülayə Mecid

























































