Kabarda-Balkariya Respublikasının keçmiş rəhbəri, milyarder Arsen Kanokovun oğlu Albertin toyu olub.

"Unikal" xəbər verir ki, Liliya adlı qadınla evlənən Albertin toyu 1,2 milyon dollara başa gəlib.

Kabarda-Balkariyada 620 qonağın qatıldığı dəbdəbəli məclis səs-küyə səbəb olub. Bir çox internet istifadəçisi Liliyanın 24 yaşlı Alberti bir səbəbdən, lakin şəxsi mənfəət üçün seçdiyini iddia edib. Qarşı tərəf isə bu iddiaları rədd edərək, Albertlə 10 yaşından tanış olduqlarını bildirib. 

"Biz bir-birimizin gözü qarşısında böyüdük və onun insanlara, ailəsinə, uşaqlara və ehtiyacı olanlara necə davrandığını gördüm. Albert həyatımın ən çətin anlarında - yaxınlarımı itirəndə və ya ailə üzvlərim xəstələnəndə yanımda idi. O, heç vaxt mənə laqeyd qalmayıb və bu, həqiqətən də əvəzsizdir", - deyə Liliya qeyd edib. 

Arsen Bəşiroviç isə ölkənin müharibə şəraitində dəbdəbəli və bahalı toy keçirilməsini müzakirə edənlərə belə cavab verib: 

"Ailə şurasında bir gün əvvəl qərara alındığı kimi, şənliklər əcdadlarımızın kəndi Şitxalda və Nalçikdə, milli adət-ənənələrə və etiket qaydalarına riayət etməklə, Adıgey xalqının gözəl adət-ənənələri və mədəniyyəti ruhunda keçirildi. Yeni evli cütlüyə bağışlanan vəsait ehtiyacı olan insanlara verildi. 

Toyun özünə gəldikdə isə, ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, şənliyə yalnız ən yaxın qohumları dəvət etdik - hər iki tərəfdən qohumlar və yeni evlənənlərin dostları qonaqlar arasında idi. Şənliyimizi bizimlə bölüşməyə gələn hər kəsə səmimi qəlbdən təşəkkür edirik!".

Nuranə Abbasova