Hollivud ulduzu Ancelina Coli Ukraynaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın "Telegram" kanalları məlumat yayıb. 

51 yaşlı məşhurun ​​Lvov və Ternopol şəhərlərinə səfər etdiyi bildirilir. Onun bu şəhərlərə səfərinin məqsədi hələlik  məlum deyil.

Qeyd edək ki, bu, Colinin müharibə başlayandan bəri Ukraynaya üçüncü səfəridir.