Şəmkirin Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra ölüb.
TƏBİB-dən "Unikal"a bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il tarixində saat 10:00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası, xroniki tonzilit diaqnozları təyin olunub və cərrahi əməliyyat icra edilib.
Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.
27.08.2026-cı il tarixində saat 08:30 və 12:10 radələrində pasiyentdə qanaxma müşahidə olunub.
Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və 27.08.2026-cı il tarixində saat 13:40 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.
Hadisə bağlı araşdırma aparılır.
23:02
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirib.
"Unikal" teleqraf-a istinadən xəbər verir ki, xəbər verir ki, Sərxanlı kənd sakini 2015-ci il təvəllüdlü S. Həsənova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.
Əməliyyatdan bir neçə gün sonra vəziyyəti qəfil pisləşib və həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb

























































