Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki,  hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyoto" markalı avtomobil "Opel" markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 1962-ci il təvəllüdlü Hüseynov Naib Məhəmməd oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.