Göygölün Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəzada iki nəfər xəsarət alıb.
“Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





















































