Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb.
DİN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

























































