Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov DAAD təqaüd proqramı çərçivəsində Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində təhsil alacaq tələbələrlə görüş keçirib.
"Unikal" xəbər verir ki, görüş zamanı rektor İlham Mədətov tələbələri DAAD təqaüd proqramına seçilmələri münasibətilə təbrik edib. O bildirib ki, beynəlxalq akademik mobillik proqramları tələbələrin dünyagörüşünün genişlənməsinə, müxtəlif təhsil sistemləri ilə yaxından tanış olmalarına, eləcə də beynəlxalq akademik mühitdə rəqabətqabiliyyətli bilik və bacarıqlar qazanmalarına mühüm töhfə verir. Rektor tələbələrə təhsil müddətində yüksək akademik nəticələr əldə etməyi, ölkəmizi və universiteti layiqincə təmsil etməyi arzulayıb.
Görüşdə çıxış edən Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova təqaüd proqramının tələbələrə yaratdığı akademik və mədəni imkanlardan danışıb. O, tələbələrə proqramın bütün imkanlarından səmərəli faydalanmağı, yüksək akademik nəticələr göstərməyi və əldə edəcəkləri təcrübəni gələcək peşə fəaliyyətlərində uğurla tətbiq etməyi arzulayıb.
Qeyd edək ki, ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin turizm işinin təşkili (tədris dili ingilis dili) ixtisası üzrə təhsil alan tələbələr Ayan İsmayılova və Fatimə Hacızadə DAAD təqaüd proqramı çərçivəsində 2026/2027-ci tədris ilinin payız semestrində Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində bir semestr təhsil alacaqlar. Tələbələr eyni zamanda həmin universitetdə təşkil olunacaq yay məktəbi proqramında da iştirak edəcəklər














.jpeg)







.jpg)

























