Ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib.

"Unikal" xəbər verir ki,  bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.

O, bildirib ki, yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb. 2 məktəb bufetinin fəaliyyəti məhdudlaşdırılıb.