İngiltərənin "Sanderlend" klubu müdafiə xəttini təcrübəli və tanınmış bir adla gücləndirib.

"Unikal" xəbər verir ki, "qara pişiklər" bir vaxtlar Türkiyədə "Trabzonspor" forması da geyinmiş belçikalı sağ cinah müdafiəçisi Tomas Mönyeni heyətinə qatdığını rəsmən açıqlayıb.

Azad agent statusunda olan 34 yaşlı futbolçu yeni klubu ilə iki illik rəsmi müqaviləyə imza atıb.

Karyerası ərzində 550-dən çox rəsmi matça çıxan Mönye son olaraq Fransa Liqa 1 təmsilçisi "Lil"də çıxış edib və bu yay təşkil olunan 2026-cı il Dünya Kubokunda Belçika millisinin heyətində yer alıb. "Klub Brügge"dəki oyunu ilə parlayan, daha sonra PSJ və "Borussiya Dortmund" kimi nəhənglərin formasını geyinən təcrübəli oyunçunun transferi "Sanderlend"in müdafiəsinə böyük güc qatacaq.