İyulun 14-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mübariz Qurbanlı, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov iştirakçıları salamlayaraq bildirib ki, 1969-cu il iyulun 14-ü Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi, milli intibahın başlanğıcıdır. Həmin tarixdən etibarən respublikanın həyatının bütün sahələrində köklü islahatlara başlanılıb, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxış edrərək bildirib ki, Azərbaycan xalqı 1969-cu il iyulun 14-dən 2020-ci il noyabrın 8-dək keçən 51 illik dövr ərzində şərəfli inkişaf yolu keçərək Ulu Öndərin müəyyən etdiyi strateji xətt üzrə möhtəşəm Zəfərə doğru inamla irəliləyib.
Heydər Əliyev həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdaraq Azərbaycanın dövlət müstəqilliyini qoruyub, ölkəni parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edib, güclü dövlət quruculuğunun əsasını yaradıb.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatı Səbinə Xasayeva, Professor, Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi genişmiqyaslı islahatlardan, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində gördüyü mühüm işlərdən ətraflı bəhs etdilər.
Sonra çıxış edən YAP veteranı, 180 nömrəli tam orta məktəbin direktoru Atakişi Cəfərov Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, xüsusilə təhsil və gənclər siyasətinə göstərdiyi böyük diqqət və qayğıdan danışıb.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının təbliğində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri fəxri fərmanlarla təltif olunublar. Həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.




.webp)
















.webp)
































