Respublikada taxıl biçini davam edir.
"Unikal" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 15-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 78,5 faizində biçin başa çatıb.
Mövsüm ərzində 755 500 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 636 623 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,9 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 307 384 hektar buğda, 448 116 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 175 093 ton buğda, 1 461 528 ton arpa yığılıb. Buğda sahələrinin 67 faizində, arpa sahələrinin isə 89,3 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 38,2 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.
Artıq 13 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Masallı, Neftçala, Sabirabad, Salyan, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, Respublikanın 12 rayonunda - Ağsu, Astara, Balakən, Beyləqan, Göyçay, Goranboy, Naftalan, İmişli, Zərdab, Saatlı, Samux, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.
Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
















.webp)





































