Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərinə toxunub.
"Unikal" xəbər verir ki, Baş nazirin sözləri Ermənistan mətbuatında yayımlanıb.
Paşinyan açıqlamasında Rusiya ilə mübahisə etməyəcəklərini bildirib: "Rusiyaya zərər vermək kimi heç bir istəyimiz və ya məqsədimiz olmayıb və olmayacaq da. Rusiyadan da eyni şeyi gözləyirik. Biz Rusiyanın suverenliyinə və maraqlarına hörmətlə yanaşırıq, eyni zamanda öz suverenliyimizə və maraqlarımıza da, təbii ki, daha çox hörmətlə yanaşırıq.
Biz Rusiya ilə mübahisə etməyəcəyik. Söhbət dostcasına, qardaşcasına davam edəcək".
Ağarza Elçinoğlu










































.jpg)









