Rusiya Prezidenti Vladimir Putin Kremldə Sberin "Süni İntellekt Dünyasına Səyahət" adlı beynəlxalq konfransının əsas qonağı kimi Moskvaya gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

"Unikal" xəbər verir ki, Rusiya Prezidenti Qazaxıstanın informasiya texnologiyalarının inkişafına böyük diqqət yetirdiyini qeyd edib və Tokayevin süni intellekt sahəsində Rusiyadakı inkişaflar haqqında məlumat əldə etməkdə maraqlı olacağına əminliyini bildirib.

Putin deyib: "Biz ekspertləri dinləmək, gənclər, məktəblilər və tələbələrlə ünsiyyət qurmaq, yüksək texnologiyalı sənaye sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmək imkanına malik olacağıq".