Türkiyənin "Fənərbağça" klubu qarşıdakı yay transfer pəncərəsi üçün səs-küylü transfer planları qurur.

"Unikal" xəbər verir ki, İstanbul nəhəngi yeni mövsümdə ingiltərəli ulduz hücumçu Markus Raşfordu (Marcus Rashford) heyətinə qatmaq üçün rəsmi həmlə edə bilər.

İnformasiyanı jurnalist Sercan Hamzaoğlu yayıb.

Məlumata görə, Hücum xəttini dünya səviyyəli futbolçu ilə gücləndirməyi hədəfləyən sarı-lacivərdlilərin rəhbərliyi 29 yaşlı forvardın vəziyyətini yaxından izləyir. Mövsümün sonunda "Fənərbahçə"nin bu səs-küylü keçidlə bağlı konkret addımlar atacağı istisna olunmur.