Balakənin Mahamalar kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.
"Unikal" xəbər verir ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahovla qardaşı, 1957-ci il təvəllüdlü Məhəmməd Malahov arasında mübahisə yaranıb. Mübahisə zamanı böyük qardaş Məhəmməd Malahov özündən kiçik qardaşı Sədrəddin Malahova sinəsindən xəsarət yetirib.
Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən M.Malahov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.











.jpg)


.jpg)











.jpg)







.jpg)


.jpg)















