Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenskini şəxsən Putinlə görüşmək üçün Moskvaya müşayiət etməyə hazır olduğunu deyib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Le Point" jurnalına verdiyi müsahibədə bildirib.
"Onun təhlükəsizliyinin qarantı olaraq, mən onunla birlikdə təyyarəyə minib Moskvaya uça bilərəm. Biz sizinlə (avropalılarla) müqayisədə daha tez razılığa gələrik", - deyə Belarus Prezidenti qeyd edib.
Söhbət zamanı jurnalist Zelenskinin belə bir səfərə razı olacağına şübhə ilə yanaşdığını deyib. Cavab olaraq Lukaşenko vurğulayıb ki, bu halda Zelenski "özü də pulemyotla cəbhəyə gedib döyüşəcək".





.jpg)



.jpg)




.jpg)

.jpg)



.jpg)










.jpg)










.jpeg)












