GTA 6 oyunundan asılılığın yaranmasını bir sıra psixoloji və davranış əlamətləri ilə müəyyən etmək mümkündür.
"Unikal" xəbər verir ki, bu barədə “Gazeta.ru”ya psixologiya elmləri namizədi, Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin “Ekstremal psixologiya” fakültəsinin dekanı Dmitri Deulin məlumat verib.
Onun sözlərinə görə, oyun haqqında davamlı düşünmək, oyunu dayandırarkən narahatlıq və ya aqressiya, getdikcə daha çox oynamaq ehtiyacı, özünənəzarətin itirilməsi, sosial münasibətlərin və maraqların zəifləməsi, reallıqdan qaçmaq və yalan danışmaq asılılığın əsas əlamətləridir.
Mütəxəssis bildirib ki, bir il ərzində bu əlamətlərdən beşinin və ya daha çoxunun müşahidə olunması oyun asılılığına işarə edə bilər.
Dünyada bu cür pozuntuların gənclər arasında yayılma səviyyəsi 2–6 faiz arasında qiymətləndirilir. 2026-cı ilin məlumatlarına əsasən, 6–18 yaşlı şəxslərdən ibarət tədqiqat qrupunda bu göstərici 10 faiz təşkil edib. Kişilər arasında isə asılılıq göstəricisi qadınlarla müqayisədə təxminən 2,5 dəfə yüksəkdir.
Psixoloqun sözlərinə görə, ekran qarşısında həddindən artıq vaxt keçirmək narahatlıq, depressiv hallar və yuxu pozuntuları ilə əlaqələndirilir.
Deulin xüsusilə uşaqların və yeniyetmələrin risk altında olduğunu vurğulayaraq valideynləri və pedaqoqları diqqətli olmağa çağırıb.
Ekspert, həmçinin onlayn oyun icmaları vasitəsilə destruktiv ideyaların yayıla və gənclərin ekstremist fəaliyyətə cəlb oluna biləcəyini bildirib.
O, oyun məzmununun əhaliyə təsirinin araşdırılması və videooyun bazarının tənzimlənməsi məqsədilə Rusiyada xüsusi işçi komissiyanın yaradılmasını təklif edib.



.jpg)









.jpg)


.jpg)











.jpg)







.jpg)


.jpg)















