İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Abbas Müqtədai SNN telekanalına açıqlamasında bildirib ki, müharibə yenidən başlayacağı təqdirdə Tehranın cavab zərbələri üçün coğrafi məhdudiyyət olmayacaq.
"Unikal" xəbər verir ki, o qeyd edib ki, ABŞ-nin İngiltərə, Almaniya və ya Bolqarıstandakı hərbi bazaları İran üçün Bəhreyndəki bazasından fərqlənmir.
Müqtədainin sözlərinə görə, hər hansı ölkənin ərazisi ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunarsa, həmin ərazi İranın cavab zərbələri siyahısına daxil edilə bilər.


































.jpg)







.jpeg)


.jpeg)







