"Aslanın göründüyünə dair heç bir konkret dəlil tapılmayıb".

"Unikal" xəbər verir ki, bu barədə İstanbul Valiliyinin Sarıyerdə aslan göründüyü iddiaları ilə bağlı açıqlamasında deyilir.

Bildirilib ki, ərazidə aslan göründüyünə dair heç bir konkret dəlil tapılmayıb. Şəkillərdəki heyvanın aslan və ya digər böyük pişik növü olmadığı qiymətləndirilir.

"Bütün hesabatları diqqətlə qiymətləndiririk və müvafiq qurumlarla əlaqələndirilərək lazımi yoxlamalar aparırıq", - deyə açıqlamada bildirilir.