İstanbulda jandarma qüvvələri və vətəndaşlar 15 saatdır aslan axtarır.
"Unikal" xəbər verir ki, proses Üskümrüköydə bir vətəndaşın 112-yə məlumat verməsi ilə başlayıb və təhlükəsizlik kameralarında qeydə alınan heyvanın dişi aslan olduğu müəyyən edilib.
Jandarma, Bələdiyyə Polisi və Təbiəti Mühafizə və Milli Parklar qrupları ərazini mühasirəyə alıb və sakinlərə "ehtiyatlı olmaq" barədə xəbərdarlıq edilib.
Termal kameralar vasitəsilə yeri müəyyən edildikdən sonra aslanı sakitləşdirici dartla sakitləşdirməyə çalışan mütəxəssis baytarlar uğursuz olublar.. Gecə ərzində aslan yenidən kameraların gözündən itib.
Sarıyerdə yaşayan Qalatasaray futbolçusu Əbdülkərim Bardakçı da axtarış işlərində şəxsən iştirak edib. Onun keçmişdə bir aslanı sığalladığı anları sosial mediada paylaşmasından sonra axtarılan heyvanın futbolçuya məxsus olduğu da iddia edilir.
Həm havadan, həm də qurudan tam 15 saat davam edən ələkeçirmə əməliyyatı davam edir.






















.jpg)







.jpeg)


.jpeg)









.webp)




.jpeg)
.jpg)
