“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem oktyabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb.
"Unikal" xəbər verir ki, bu barədə Madrid klubu məlumat yayıb.
23 yaşlı ingiltərəli futbolçu ötən ay bütün turnirlərdə 5 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Bellinqem 2023-cü ilin yayından “Real”da çıxış edir. O, bu müddətdə 156 oyunda 51 qol vurub və 37 məhsuldar ötürmə verib.
Qeyd edək ki, futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 160 milyon avro qiymətləndirir.








.jpg)






.jpg)


.jpg)



.jpeg)







.jpeg)










.jpg)





