Tbilisi yaxınlığında Poniçalada yaşayış binasının dağıntıları altında beş nəfərin meyiti tapılıb.
"Unikal" xəbər verir ki, partlayış səhər saat 9-da baş verib. Partlayışa mənzillərdən birində qızdırıcının nasazlığı nəticəsində qaz yığılması səbəb olub. Nəticədə yaranan şok dalğası binanın damının bir hissəsini uçurub və mərtəbələr arasındakı döşəmələr də uçub.
Ölənlər arasında iki qadın və bir uşaq var. Xilasedicilər daha iki nəfərin axtarışını davam etdirirlər. Binanın bir hissəsinin uçma təhlükəsi axtarışı çətinləşdirir.
*** 18:50
Tbilisi yaxınlığındakı Poniçalada qaz partlayışı baş verib.
"Unikal" xəbər verir ki, nəticədə beşmərtəbəli yaşayış binası uçub.
Xilasedicilər yaşayış binasının dağıntıları altından iki nəfərin cəsədini çıxarıblar.
İlkin məlumatlara görə, beşmərtəbəli binanın yuxarı mərtəbəsində baş verən qaz qızdırıcısının partlaması nəticəsində 11 yaşlı uşaq da daxil olmaqla dörd nəfər xəsarət alıb.
İlkin məlumatlara görə, qurbanlardan biri uşaq olub.










.jpg)








.jpg)



.jpg)



.jpg)





.jpg)










.jpg)












