Niderlandlı rəssam Vinsent van Qoqun “Çiçəkləyən şabalıd ağacları” adlı mənzərə əsəri Nyu-Yorkda keçirilən “Sotheby's” hərracında 190,43 milyon dollara satılıb.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" hərracın yekun nəticələrinə istinadən məlumat yayıb.
Hərracda yüksək qiymətə satılan digər əsərlərdən biri də fransız rəssam Pol Sezannın “Arlekin” tablosu olub. Rəssamın oğlu Polun təsvir edildiyi əsərin yekun satış qiyməti 111 milyon dolları ötüb.
Bundan başqa, Pyer-Ogüst Renuarın “Qayıqda gənc qadın” portreti 27,5 milyon dollara, Klod Monenin “Tüilri bağı” mənzərə əsəri 20,23 milyon dollara, Edqar Deqanın “At yarışlarından əvvəl” tablosu isə 18 milyon dollara satılıb.
Qeyd edək ki, bundan əvvəl yəhudi Fişer ailəsinin varisləri Vinsent van Qoqun “Çiçəkləyən şabalıd ağacları” əsərinin hərracdan çıxarılması tələbi ilə “Sotheby's” hərrac evinə müraciət etmişdi.





.jpg)



.jpg)




.jpg)

.jpg)



.jpg)










.jpg)










.jpeg)












