"Kurtlar Vadisi" serialından tanınan aktyorlar "Cerrahpaşalılar" filmində yenidən bir araya gəlib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun köhnə "mafiya babaları" ilə yeni nəsil mafiyası arasındakı hakimiyyət mübarizəsini təsvir edən film, diqqətəlayiq aktyor heyəti ilə diqqət çəkib.
Filmin prodüseri və rejissoru Burak Can Çelik, aktyor seçimi üzrə direktoru isə Çağdaş Başarandır.
Filmdə "Böyük Masa" olaraq xatırlanan aktyor heyətində Attila Olgaç, Ümit Acar, Levent Çakır və Melih Çardak var. Qeyd edək ki, Attila Olgaç və Ümit Acar "Kurtlar Vadisi" serialında rol alıblar.
Ekran işində A.Olgaç "Kılıç", Ü.Acar isə "Ersoy Ulubey" obrazları ilə şöhrət qazanıblar.












.jpg)




































