Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Unikal" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşıladılar.

*** 11:24

Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb. 

"Unikal" xəbər verir ki, Ərdoğan Şuşada rəsmi mərasimlə qarşılanacaq. O, Prezident İlham Əliyevlə danışıqlar aparacaq və bundan sonra liderlər birgə bəyanat yayacaqlar.

Səfər proqramına həmçinin Xocalı Soyqırımı Memorialı və Muzeyinə, Xankəndindəki Qələbə Abidəsinə ziyarət və rəsmi şam yeməyi daxildir.

Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir.

Bununla yanaşı, səfərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, kənd təsərrüfatı naziri İbrahim Yumaklı və digər rəsmilər iştirak edir.