8 Noyabr - Zəfər Günündə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.

"Unikal" xəbər verir ki, dövlət və hökumət rəsmiləri Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, Şuşanın işğaldan azad olunduğu gün - 8 noyabr ölkəmizdə hər il Zəfər Günü kimi qeyd edilir.

***09:31

Dövlət və hökumət rəsmiləri 8 noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Zəfər Tağı abidəsini ziyarət ediblər.

"Unikal" xəbər verir ki, onların arasında Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Baş nazir Əli Əsədov, şöbə müdirləri və deputatlar olub.