Ermənistan parlamentinin növbəti iclasında deputatlar arasında qarşıdurma yaranıb. 

"Unikal" xəbər verir ki, Milli Məclisin iclasında hakim "Vətəndaş Müqaviləsi" Partiyasının üzvləri ilə müxalifət "Güclü Ermənistan" blokunun üzvləri arasında baş verən şifahi mübahisə əlbəyaxa davaya çevrilib. 

Maraqlısı budur ki, parlamentdə deputatların davası anbaan canlı yayım tərəfindn yayımlanıb. Parlamentin spikeri Ruben Rubinyan açıq şəkildə bildirib ki, xalqın baş verənləri görməsi üçün yayımı dayandırmayacaq.

Gülayə Mecid